Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük konteyner limanının konteyner dövriyyəsi artıb

Dünyanın ən böyük konteyner limanı Şanxayda 2022-ci ilin dekabrında konteyner dövriyyəsi yazda karantin səbəbindən kəskin azalmadan sonra tam bərpa olunub.

“Seanews.az” xəbər verir ki, 2022-ci ilin yekunlarına görə limanda 47,3 milyon TEU aşırılıb ki, bu da 2021-ci ilin həcmini bir qədər üstələyib və 2019-cu illə müqayisədə 9% çoxdur.

Limanın 2022-ci ilin aprelindən avqust ayına qədər aylıq dövriyyəsi 2021 səviyyəsindən aşağı olub. Sentyabr ayından başlayaraq vəziyyət yaxşılaşmağa başlayıb. Artım tempi ilin sonuna doğru intensivləşərək dekabrda 3%-i ötüb.

2022-ci ilin birinci yarısında yükaşırma həcmi 22,5 milyon TEU təşkil edib. İlin ikinci yarısında Şanxayda 24,8 milyon TEU işlənib. 2021-ci illə müqayisədə ilk altı ayda dövriyyə 1,7% azalıb, ikinci yarım ildə isə 2,8% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır