Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Ninbo-Çjouşan limanı 14 yeni konteyner xidməti ilə çatdırılan yükləri qəbul etməyə başlayıb

Çinin Ninbo-Çjouşan limanının 2023-cü ilin əvvəlindən sentyabrın sonunadək yük dövriyyəsi ötən ilin doqquz ayı ilə müqayisədə 5,85% artaraq 1 milyard tonu ötüb.

“Seanews.az” xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında limanda konteynerlərin aşırılması ötən ilin eyni dövrü ilə müqayisədə 3,56% artaraq 27,26 milyon TEU-ya çatıb. Bu il Çin limanı 14 yeni konteyner xidməti ilə çatdırılan yükləri qəbul etməyə başlayıb. İndi xidmət göstərilən dəniz marşrutlarının ümumi sayı 301-ə çatıb.

Doqquz ay ərzində Ninbo-Çjouşan limanında dəniz və dəmir yolu yüklərinin ümumi həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1,13 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır