Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Sinqapur limanının yük dövriyyəsi artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 440,33 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki,  neft yüklərinin aşırılması 0,7% artaraq 143,1 milyon tona, toplu yüklərin aşırılması 9,2% artaraq 16,2 milyon tona, ümumi konteynersiz yüklərin aşırılması 6,9% artaraq 19,64 milyon tona çatıb.

Hesabat dövründə limanda 44 milyon TEU konteyner işlənib. Bu da 1,1% artım deməkdir.

Sinqapur Cənub-Şərqi Asiyada adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanında 577,7 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır