Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Riqa limanının yük dövriyyəsi azalıb

Latviyanın Riqa limanında 2023-cü ildə 18,79 milyon ton yük aşırılıb. Bu da 2022-ci illə müqayisədə 20,1% az deməkdir.

“Seanews.az” xəbər verir ki, toplu yüklərin aşırılması 29,5% azalaraq 10,22 milyon tona düşüb.

O cümlədən, taxılın aşırılması 3,26 milyon ton (+23,1%) artsa da, kömür və koksun işlənməsi (-73,2%) faiz azalaraq 1,38 milyon ton təşkil edib.

Taxtanın aşırılması 12,4% azalaraq 2,34 milyon ton, konteynerlərin aşırılması 1% artaraq 465,4 min TEU olub.

Neft məhsullarının işlənməsi 45,6% azalıb.  

Kruiz hesabına liman vasitəsilə sərnişin daşınması 7,8% artaraq 81,7 min nəfərə çatıb.

Təxminən 6,3 min hektar sahədə yerləşən limanın körpülərinin uzunluğu 13,8 min metr, gəmilərin maksimum suyaoturumu 12.2 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır