Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanında ardıcıl səkkizinci aydır ki, yük dövriyyəsində artım qeydə alınır

2024-cü ilin aprelində ABŞ-ın Lonq-Biç limanının konteyner dövriyyəsi 750,4 min TEU təşkil edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 14,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-ın ikinci ən böyük limanında ardıcıl səkkizinci aydır ki, yük dövriyyəsində artım qeydə alınır. Son bir ayda limanın konteyner terminallarında 364,7 min TEU idxal, (+16,3%) və 98,2 min TEU ixrac konteynerləri (-19,9%) aşırılıb. Boş konteynerlərin aşırılması 30,7% artaraq 287,5 min TEU təşkil edib.

Ümumilikdə, Lonq-Biç limanı 2024-cü ilin yanvar ayından aprel ayına qədər təxminən 2,8 milyon TEU idxal, ixrac və boş konteynerləri işləyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8% artım deməkdir.

1911-ci ildə inşa edilmiş Lonq-Biç limanı bu gün dünyanın iri yükaşırma mərkəzlərindən biridir. Burada hər il 180 milyard dollardan çox beynəlxalq yüklər aşırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır