Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Liepaya limanına proqnozlaşdırıldığından 5% az gəmi yan alıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 5,25 milyon tona çatıb.

“Seanews.az” xəbər verir ki, taxıl aşırılması 0,8% azalaraq 2,27 milyon ton təşkil edib.

Hesabat dövründə limanda tikinti materiallarının aşırılması 14,7% azalaraq 473,8 min tona, neft məhsullarının işlənməsi 8,3% azalaraq 193,1 min tona düşüb. Ümumi yüklərin aşırılması 16,5% artaraq 1,69 milyon tona çatıb.

Doqquz ay ərzində limanda sərnişin daşımada  10% artım qeydə alınıb və  limandan 83,14 min sərnişin keçib.

Liepaya limanına yanvar-sentyabr aylarında 1000 gəmi yan alıb ki, bu da proqnozlaşdırıldığından 5% azdır.

Qeyd edək ki, 2023-cü ildə limanda 7,2 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır