Sentyabrda Türkiyənin Aliağa limanı 4 mindən çox gəmi qəbul edib
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Aliağa limanı 4 min 565 gəmi qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Aliağa limanı Türkiyə bayrağı altında üzən 1167, digər ölkələrin bayraqları altında üzən 3 min 398 gəmi qəbul edib.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır