Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-18,
Seanews
Heyder Eliyev

"DP World" konteyner parkı alıb

Liman operatoru şirkəti olan "DP World" tutumu 47 min TEU olan konteyner parkı alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, konteynerlərin çatışmaması və ya əksinə tələb edilməyən yerdə olması yükdaşıma zəncirində qırılmalara səbəb olur. Bu səbəbdən 47 min TEU-luq konteynerlərin şirkətin aktivləri siyahısına daxil edilməsi müştəriyə yükünün çatdırılmasında arxayınlıq yaradacaq.

Qeyd edək ki, hazırda "DP World" brendi ilə 78 ölkədə konteynerlər mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır