Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-15,
Seanews
Heyder Eliyev

Yanvar-oktyabrda kruiz gəmiləri ilə Riqa limanına 78,6 min sərnişin gəlib

2024-cü ilin yanvar-oktyabr aylarında Latviyanın Riqa limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azalaraq 14,66 milyon ton təşkil edib.

Seanews.az” xəbər verir ki, toplu yüklərin aşırılması 15,1% azalaraq 7,2 milyon tona düşüb. Bunun 2,8 milyon tonu kənd təsərrüfatı yükləri (+5,3%) olub.

Ümumi yüklərin aşırılması 4,9% artaraq 6,7 milyon tona, konteynerlərin aşırılması 8,9% artaraq 409,5 min TEU-ya yüksəlib.

Maye yüklərin aşırılması 7,2% azalaraq 703,3 min ton təşkil edib.

Yanvar-oktyabr aylarında kruiz gəmiləri ilə Riqa limanına yan alan sərnişinlərin sayı 78,6 min nəfər olub ki, bu da gözlənildiyindən 1,3% azdır.

Qeyd edək ki, Dauqavanın (Qərbi Dvina) sahilində yerləşən limanda keçən il 18,79 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır