Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Qazaxıstanın dəniz limanları tranzit yüklərin aşırılmasını 18% artırıb

2024-cü ilin 10 ayı ərzində Qazaxıstanın dəniz limanları ilə daşımaların həcmi 6,2 milyon ton təşkil edib.

“Seanews.az” Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə daşımaların həcmi 3%, o cümlədən tranzit yüklər 18% artıb.

Bərə kompleksi vasitəsilə yük maşınlarının aşırılmasında artım müşahidə olunub.

Kurık limanı vasitəsilə konteyner daşımalarında 22% və Aktau limanı vasitəsilə konteyner daşımalarında 84% artım qeydə alınıb.

Hesabat dövründə Kurık limanının “Sarja” terminalı Türkiyə və İran istiqamətində 55 min tona yaxın yük işləyib. Bu il Kurık limanının Ersay terminalından Qazaxıstan ərazisindən tranzitlə Azərbaycandan Özbəkistana 153 vahid iriqabaritli yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır