“CMA CGM” Qırmızı dəniz regionunda fəaliyyətini genişləndirir
Səudiyyə Ərəbistanı hökuməti ilə liman və logistika layihələrinin inkişafı üçün anlaşma memorandumu imzalayan “CMA CGM” gəmiçilik şirkəti Qırmızı dəniz regionunda fəaliyyətini gücləndirir.
“Seanews.az”-ın gəmiçilik şirkətinə istinadən verdiyi xəbərdə belə deyilir.
“Müqavilə Səudiyyə Ərəbistanının daxili logistika imkanlarını genişləndirmək üçün Qırmızı dəniz regionunda liman infrastrukturunun, logistik xidmətlərin və multimodal xidmətlərin inkişafına yönəlib”, - daşıyıcı qeyd edir.
“CMA CGM” Səudiyyə Ərəbistanında dəniz, hava və daxili logistikaya diqqət yetirəcək.
1984-cü ildən Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “CMA CGM” hazırda ölkənin Ciddə, Dammam və Cubail limanlarını qlobal bazarlarla birləşdirən həftəlik 11 xidmət təklif edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır