Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

“CMA CGM” Odessaya xidməti bərpa edir

“CMA CGM” gəmiçilik şirkəti Ukrayna limanlarına xidmətini bərpa edir.

“Seanews.az” “Alphaliner”-ə istinadən xəbər verir ki, yanvarın sonunda Fransız xətti Odessa, Pirey və İstanbul arasında “Odessa Express” (“ODX”) xidmətini açır.

Xidmətə iki gəmi - 1118 TEU tutumlu “Lila Canada” və 1550 TEU tutumlu “TJ Orhan” gəmiləri cəlb ediləcək.

“TJ Orhan” gəmisinin Pireydən ilk səfəri yanvarın 24-nə planlaşdırılıb, Odessaya dörd günə çatacaq.

Digər bir xətt, Türkiyə ilə Ukrayna arasında “Medkon Lines” xidməti isə yanvarın ortalarında bərpa ediləcək.

Bundan əvvəl “MSC”, Türkiyənin “Akkon Lines” və “Sea Pioneer Denizcilik” şirkətləri Ukrayna limanlarına səfərlər etməyə başlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır