Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

Aktau limanının gücü ildə 240 min TEU-ya çatdırılacaq

Qazaxıstanda dəniz nəqliyyatını inkişaf etdirmək üçün Aktau limanında konteyner qovşağının tikintisinə başlanılıb ki, bu da onun ötürücülük qabiliyyətini ildə 240 min TEU-ya çatdıracaq.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat verir.

Məlumatda bildirilir ki, yeni qovşağın tikintisi “Beynəlxalq logistika arenasında Qazaxıstanın mövqeyini gücləndirəcək, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Transxəzər marşrutu ilə konteyner daşımalarını artıracaq, həmçinin Çindən gələn tranzit yüklərin bir hissəsini Avropaya yönləndirəcək."

Limanda dərinləşdirmə işləri də nəzərdə tutulub ki, bu da onun terminal imkanlarını artıracaq və konteyner daşımalarını daha səmərəli edəcək.

Qazaxıstanın dəniz limanları ilə konteyner daşımalarının həcmi 84% artaraq 58 min TEU təşkil edib, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının həcmi isə 2,7 dəfə dəfə artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır