Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanının yük dövriyyəsi 3,7% azalıb

2025-ci ilin yanvar ayında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7% azalaraq 1,18 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə 825,36 min ton (-6,1%)  ixrac yükləri aşırılıb. O cümlədən ixrac üçün 193,9 min ton (-12,8%) kağız, 121,9 min ton (-24%) sellüloz , 293 min ton (+33,1%) toplu yüklər, 12,4 min ton (+19,4%) maye yüklər işlənib.

İdxal olunan yüklərin aşırılması 2,2% azalaraq 357,78 min tona düşüb. İdxal olunan taxta-şalbanın aşırılması 131 min ton (-15,2%), toplu yüklərin aşırılması 37,3 min ton (+129,6%), maye yüklərin aşırılması  121,9 min ton (+23,5%), ümumi yüklərin aşırılması 39,7 min ton (+3,3%) təşkil edib.

Tranzit daşıma 29,4% artaraq 317,45 min tona çatıb. Yanvar ayında kabotaj yükləri aşırılmayıb.

Limanın konteyner dövriyyəsi 14,5% azalaraq 52 min TEU təşkil edib.

İlin ilk ayında limana 180 gəmi yan alıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.

Finlandiyanın şərq limanı Hamina-Kotkanın yük dövriyyəsi 2024-cü ildə 13,1 milyon ton(-6,9%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır