Rotterdam limanında 438,8 milyon tona yük aşırılıb
Niderlandın Rotterdam limanında 2024-cü ildə 435,8 milyon ton müxtəlif yüklər aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 0,7% azdır.
“Seanews.az” xəbər verir ki, yük dövriyyəsindəki cüzi azalma kömür və neftin aşırılmasındakı azalma ilə əlaqədardır.
Eyni zamanda, limanda konteyner dövriyyəsi 2,8% artaraq 13,8 milyon TEU təşkil edib. Əvvəlki illə müqayisədə toplu və boş yüklərin aşırılması əsasən dəmir filizi və qırıntıların hesabına 0,8% - 5,7% (29,7 milyon tona qədər) artıb. Tələb az olduğu üçün kömür 18% az işlənib.
Qeyd edək ki, 2024-cü ildə 200 milyon tona (-2,7%) qədər maye yüklər aşırılıb. O cümlədən, ötürülən neftin həcmi 4,5% (97,8 milyon tona qədər) azalıb. Mazutun satışının və ağ neftə tələbatın artması hesabına neft məhsullarının işlənməsində cüzi - 0,8% artım qeydə alınıb.