Helsinki limanı vasitəsilə daşınan malların əksəriyyəti qablaşdırılmış yüklər olur
2025-ci ilin yanvar-mart aylarında Finlandiyanın Helsinki limanında 3,47 milyon ton yük aşırılıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.
“Seanews.az” xəbər verir ki, o cümlədən, qablaşdırılmış yüklərin aşırılması 9% artaraq 3 milyon ton, toplu yüklərin aşırılması 19,6% azalaraq 257,6 min ton olub. Birinci rübdə limanın konteyner dövriyyəsi 31% artaraq 122,1 min TEU, təkərli nəqliyyat vasitələrinin aşırılması isə 2,4% azalaraq 156,6 min vahid təşkil edib.
Hesabat dövründə limana 5,2% az - 1745 gəmi yan alıb. Dəniz marşrutları üzrə sərnişindaşıma 1,63 milyon nəfər (-3,6%) olub.
Helsinki limanı vasitəsilə daşınan malların əksəriyyəti Finlandiyanın xarici ticarəti üçün qablaşdırılmış, başqa sözlə maşınlarda, qoşqularda və konteynerlərdə daşınan yüklərdir. 2024-cü ildə limanda 14 milyon ton (+0,5%) yük aşırılmışdı.