Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

rbaycan, Gürcüstan və Qazaxıstan yükdaşımalar üçün şərtləri müzakirə

Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətlərində dəmir yolu və bərələrlə  yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub. Bu məqsədlə Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları , “Azərbaycan Dəmir Yolları” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC  və  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri arasında görüş keçirilib. Fevralın 27-28-də Qazaxıstanın Aktau şəhərində baş tutan görüşdə yükdaşımalar zamanı tərəflərin qarşılıqlı münasibəti və məsuliyyəti, daşımaların davamlılığının təmini zamanı ortaya çıxa biləcək  maneələr və həlli  yolları əsas  müzakirə predmetləri olub. İki günlük görüşün nəticəsi olaraq protokol imzalanıb. Protokolda tərəflərin  məsuliyyəti,  məlumat mübadiləsinin formaları və təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. Tərəflər  Beynəlxalq Transxəzər Nəqliyyat  Marşrutu üzrə daşınan vaqonaların gəmilərin texniki  xüsusiyyətlərinə uyğun olması barədə müştərilərin məlumatlandırılması haqqında üzərlərinə  öhdəlik   götürüblər. Sənəddə daşınan yüklərin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin texniki vasitələrinə uyğunluğunun təmin edilməsi də yer alıb. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan yüklərdə aparıcı rol oynayır. Xəzər dənizində yeganə bərə operatoru olan Gəmiçiliyin  donanmasında bu tip 13 gəmi  mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır