iya limanlarında yük dövriyyəsi ar
2017-ci ilin yanvar-iyul ayları ərzində Rusiya limanlarında yük aşırılması 449.7 milyon təşkil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 10.5% artım deməkdir. Bu haqda Rusiyanın Federal Dəniz və Çay Nəqliyyatı agentliyindən məlumat verilib. Belə ki, quru yüklər 205.07 milyon ton, maye yüklər isə 243.96 milyon ton təşkil edib. Ən çox yük aşırımı Azov və Qara dənizlərin limanlarında qeydə alınıb:143.9 milyon ton. Uzaq Şərq limanlarında ümumilikdə 112.9 milyon ton, Arktika limanlarında 42.3 milyon ton, Xəzər dənizi limanında isə 2.03 milyon ton yük işlənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır