Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

distan gələn ay Şimal-Cənub nəqliyyat dəhlizində iştirak formasını açıqlay

Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini aktivləşdirəcək İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsində (Çabahar-Zahedan) hansı formada iştirak edəcəyini sentyabrda rəsmən bildirəcək. Bunu Hindistanın avtomobil nəqliyyatı, avtomobil yolları və gəmiçilik naziri Şri Nitin Qadkari İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi ilə görüşü zamanı bildirib.  Görüş zamanı Abbas Axundi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını nəzərdə tutan Çabahar-Zahedan dəmir yolu ilə bağlı əldə edilmiş razılaşmalar barədə məlumat verib. “Şimalda İranın tranzit nəqliyyat dəhlizlərinin rəqabət üstünlüklərinin artırılması üçün Hindistanın mallarına 50% həcmində endirim tətbiq edilməsinə dair razılıq əldə etmişik. Bu, birtərəfli endirim deyil. Bu, qeyd edilən dəhlizi digər rəqabətli dəhlizlər sırasında daha yaxşı təşviq etmək üçün İran, Azərbaycan və Rusiya arasında əldə edilmiş çoxtərəfli razılaşmadır”, – iranlı nazir əlavə edib. Xatıradaq ki, İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb.  Həmçinin oxu: İran limanının inkişafına sərmaye qoyulacaq


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır