Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

çərçivəsində tikilən logistika mərkəzi gələn il istifadəyə verilə

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda tikilməkdə olan logistika mərkəzi 2018-ci ilin oktyabrında istismara veriləcək. Bu barədə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən məlumat verilib. Layihənin dəyəri 94,3 milyon türk lirəsinə yaxındır. Nazirlikdən bildirilib ki, logistika mərkəzinin tikintisi üçün 300 min kvadrat metr ərazi ayrılıb. Hər il mərkəz vasitəsilə 412 min ton yük nəql etmək mümkün olacaq. Bundan başqa, logistika mərkəzinin ərazisində 16 kilometr uzunluğunda 27 dəmir yolu xətti tikiləcək və bu bölgə Qars-Ərzurum dəmir yolu ilə birləşdiriləcək. Xatırladaq ki, Qars logistika mərkəzinin təməli bu ilin aprelində qoyulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır