Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

rbaycan və Macarıstan nəqliyyat sahəsində saziş hazırla

Azərbaycan və Macarıstan arasında “Beynəlxalq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları haqqında” saziş imzalanacaq. Bunu Trend-ə Macarıstan dövlət katibinin müavini Jolt Çutora deyib. Onun sözlərinə görə, Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində aparıcı oyunçulardan birinə çevrilib və Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib rol oynayır. J.Çutora qeyd edib ki, Azərbaycan və Macarıstan Şərq-Qərb dəhlizi çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanlara malikdirlər: “Azərbaycan ərazisi ilə Çindən Avropaya artıq bir neçə sınaq konteyner qatarı hərəkət edib və bu dəhlizin Avrasiyada Şərqlə Qərbin birləşməsi üçün vacib rol oynayacağı gözlənilir”. O əlavə edib ki, iki ölkə arasında birbaşa hava əlaqəsi də mövcuddur. Macarıstanın “WizzAir” aviaşirkəti Bakı və Budapeşt arasında uçuşlar həyata keçirir: “Reyslərin açılmasından sonra Macarıstanın Bakıdakı səfirliyi tərəfindən verilən vizaların sayı artıb. Bu, turizmlə yanaşı biznes və mədəniyyət sahələrində də qarşılıqlı mübadiləyə müsbət təsir göstərəcək”.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır