Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

var-iyulda Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi 38% ar

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38,3% – 6 mln. 87,7 min tona qədər artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. “Yüklərin ümumi həcmindən 5 mln. 853,5 min ton və ya 96,1% beynəlxalq tranzit yüklərin, 3,9% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 43,8% artıb”, – deyə məlumatda bildirilir. Ötən il Azərbaycanın dəniz limanlarında 9 mln. 125,9 min ton yük emal edilib. Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsinə tikilən yeni Bakı Beynəlxalq Dəmiz Limanının bərə terminalı istifadəyə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır