Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Astara-Astara” dəmiryolu 6 aydan sonra istifadəyə verilə

“Astara (Azərbaycan) və Astara (İran)” dəmir yolu altı aydan sonra istifadəyə veriləcək.  İranın “Financial Tribune” saytının məlumatına görə, bunu İran İslam Respublikasının dəmiryolu rəhbərinin müavini Nurullah Biranvand deyib. Onun sözlərinə görə, ilk yük çoxfunksiyalı nəqliyyat vasitəsilə daşınacaq. Xatıradaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatacağı proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır