Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

opadan Sakit okeana qədər dəmiryolu çək

 Slovakiyanın Koşitse şəhərindən Vyanaya (Avstriya) dəmiryolunun çəkilməsi işlərinə 2023-cü ildən başlanılacaq.  Bu barədə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin hazırladığı layihənin iqtisadi əsaslandırılmasında qeyd olunub. Sənəddə vurğulanıb ki, layihə Transsibir magistralının Avropanın mərkəzi ilə birləşməsinə imkan verəcək. Dəmiryolunun tikintisi 6,5 mlrd. avroya başa gələcək. Layihə ildə təxminən 67 vaqondan ibarət 20 min qatarın hərəkət etməsinə imkan verəcək. Bununla yanaşı, Vyanada hesab edirlər ki, Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar layihənin reallaşmasına mane olmayacaq. Yeni layihə qatarların Vyanadan Vladivostoka (Rusiya), yəni Avropadan Sakit okeana qədər hərəkət etməsinə şərait yaradacaq.  “Avstriya Transsibir magistralının bitməsi üçün əhəmiyyətli yerdir. Transsibir Avstriyadan Avropanın dəmiryolları şəbəkəsi, gəmiçilik və Vyana hava limanına çıxış əldə edəcək”, – avstriyalı nazir Yorq Lyyxtfrid bildirib. Onun sözlərinə görə, tikinti işlərini texniki olaraq 2023-cü ildə başlamaq olar, məntəqənin istismarı isə 2033-cü ilə təsadüf edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır