nlilər Rusiya limanlarına yatırım edəcək
Çin iş adamları Uzaq Şərqdə buğda terminallarının tikintisinə hazırlaşır. Belə ki, “Xebey Port Group” şirkəti Rusiyanın Primorski ərazisində yerləşən limanlara investisiya qoymaq niyyətini açıqlayıb. Yeni liman terminallarının tikintisi ilə taxıl, buğda və digər məhsullar “Primorski” nəqliyyat marşrutu ilə Çinə gətiriləcək. Limanların təkmilləşdirilməsindən sonra Rusiyadan Çinə ixrac olunan buğdanın həcmi 6-10 milyon ton təşkil edəcək. Hazırda yerli hakimiyyət orqanları terminalların tikintisi üçün torpaq sahəsinin müəyyənləşdirilməsi ilə məşğuldur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır