Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

şavada “Yeni Beynəlxalq Nəqliyyat Dəhlizləri” adlı konfrans keçir

Polşanın paytaxtı Varşavada Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşəbbüsü, habelə Varşavada akkreditə edilmiş Ukrayna, Qazaxıstan və Gürcüstan səfirliklərinin iştirakı və Polşa Ticarət Palatasının təşkilatçılığı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və “Cənub-Qərb” Nəqliyyat Dəhlizinə həsr edilən “Yeni Beynəlxalq Nəqliyyat Dəhlizləri” adlı konfrans keçirilib. Konfransda, həmçinin Polşanın Sahibkarlıq və Texnologiya, İnfrastruktur, İnvestisiya və İqtisadi İnkişaf, Xarici İşlər nazirlikləri, Polşa Dövlət Dəmir Yolları Səhmdar Cəmiyyəti (PKP S.A.), PKP Cargo, PKP LHS rəhbərləri, habelə potensial müştəri və ekspeditor şirkətləri iştirak edib. Tədbirdə çıxış edən Polşanın infrastruktur nazirinin müavini Andjey Bittel ölkəsi tərəfindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və “Cənub-Qərb” Nəqliyyat Dəhlizinə verilən xüsusi əhəmiyyəti vurğulayaraq, Azərbaycanın qeyd edilən nəqliyyat dəhlizlərinin fəaliyyətində birləşdirici rol oynadığını ifadə edib. Polşa Dövlət Dəmir Yolları Səhmdar Cəmiyyətinin (PKP S.A.) idarə heyətinin sədri Kşıştof Maminski çıxışında Çindən Avropa və əksinə olmaqla yüklərin daşınmasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüklərindən bəhs edib. O, “Cənub-Qərb” Nəqliyyat Dəhlizinin həyata keçirilməsində 2017-ci il iyunun 27-28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Dəmir Yolları” QSC və “Polşa Dövlət Dəmir Yolları” SC arasında dəmiryol daşımaları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun əsas rol oynadığını diqqətə çatdırıb. Daha sonra tədbirdə iştirak edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktorunun müavini Vahid Əliyev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyəti, bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. O, konfrans davam etdiyi bir tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışının baş tutduğunu vurğulayıb. Konfransda iştirak edən Ukrayna, Qazaxıstan və Gürcüstan nümayəndələri, həmçinin “PKP Cargo”, “PKP LHS” şirkətlərinin rəhbər işçiləri ölkələrinin perspektivindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və “Cənub-Qərb” Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə çıxış ediblər. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır