Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Cümhuriyyəti Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.     

İclasda Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib.

Görüşdə iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib.

Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən tranzit keçidinə ehtiyacının artması və ticari-iqtisadi əlaqələrin genişlənməsi nəzərə alınaraq, beynəlxalq daşımalar üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.

Tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb və bu sahədə ölkəmizin daşıyıcılarının rolunun artırılması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

İclasda "Bakı – İstanbul – Bakı" marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barəsində də fikir mübadiləsi aparılıb.

Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.   

Qeyd edək ki, iclasda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni (ASCO) İstismar kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov təmsil edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır