Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Sankt-Peterburq limanı yüklərin 70%-ni itirə bilər

Bu ilin mart ayında Sankt-Peterburq limanı logistika ilə bağlı problemlər səbəbindən konteyner yüklərinin emalını azaldıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Delovoy Peterburq”a şəhər Nəqliyyat Komitəsindən məlumat verilib.

Yük dövriyyəsinin nə qədər azaldığı dəqiqləşdirmir. “Vedomosti” qəzeti ekspertlərin fikrinə əsaslanaraq yazır ki, söhbət xeyli azalmadan gedir.

“FM Logistic” şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksey Misailov hesab edir ki, ümumilikdə sanksiyalara görə Rusiyanın Şimal-Qərb limanları 70%-dək yüklərini itirəcək. Xarici konteyner xətlərinin işi dayandırıldıqdan sonra yüklər dəmir yolu ilə daha aktiv şəkildə daşınacaq.

Nəqliyyat Komitəsinin sədr müavini Aleksey Lvov, bu vəziyyətdən çıxış yolunu iki istiqamətdə görür. “Bizim iki istiqamətimiz var: şərq - dəmir yolundan istifadə etməklə, yəni uzaq şərq limanlarına daha sonra isə ölkə boyu üzrə hərəkət edərək. Ya cənub istiqaməti - cənub limanlarına və daha irəli, ya dəmir yolu, yaxud da mümkün əlaqə kimi - yol nəqliyyatı”, - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya Dəmir Yolları Türkiyə-Azərbaycan-Rusiya marşrutu üzrə tranziti asanlaşdırmağa hazır olduğunu barədə “Delovoy Peterburq” bu həftənin əvvəlində yazmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır