Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Litvadan tranzitinə məhdudiyyət qoyulmuş malların ilk partiyası Kalininqrada çatdırılıb

Rusiyanın ən yeni “Marşal Rokossovski” bərəsi Litva ərazisindən tranzitinə məhdudiyyət qoyulmuş yükün ilk partiyasının Kalininqrad vilayətinə çatdırılmasını təmin edib.

“Seanews.az” xəbər verir ki, gəmi-bərə Ust-Luqadan tikinti materialları və dizel yanacağı olan 73 dəmir yolu vaqonu, həmçinin dərman, ərzaq və digər istehlak malları olan 23 yük maşını gətirib. İlk səfər zamanı bərə ilə ümumilikdə 8000 tondan çox yük çatdırılıb.

“Marşal Rokossovski” 2022-ci ilin martından Ust-Luqa-Baltiysk keçidində səfərlər edir. 200 metr uzunluğunda bərə 80 vaqon və ya demək olar ki, eyni sayda yük maşını qəbul edə bilər. Digər bərələrlə müqayisədə gəminin yüklənmə sürətinin ən azı 3 dəfə artması sayəsində xətdə səyahət müddəti cəmi 36 saat təşkil edir. Gəminin bir gediş-gəlişi 5 gün çəkir.

Texniki xüsusiyyətlərinə görə “Marşal Rokossovsk”i bərəsinə bənzəyən “General Çernyaxovski” gəmisinin istismara verilməsi ilə dəniz keçidində səfərlərin sayında artım gözlənilir. Avtomobil-dəmir yolu bərəsi bu ilin sentyabrında xəttə buraxılacaq. 2022-ci ilin iyun ayında gəminin dəniz sınaqları uğurla başa çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır