Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Hamburq limanında konteyner gəmiləri üçün elektrik stansiyası tikiləcək

Hamburqun Liman İdarəsi konteyner gəmiləri üçün ilk sahil elektrik stansiyasının inşasına başlayır.

“Seanews.az”-ın məlumatına görə, elektrik stansiyası “HHLA Burchardkai” və “Tollerort” konteyner terminallarında tikiləcək.

Tikintini “Siemens” şirkəti həyata keçirəcək. İlk sınaqlar - elektrik enerjisinin sahildən gəmiyə çatdırılması 2023-cü ilə planlaşdırılır.

Konteyner gəmiləri üçün elektrik stansiyaları Hamburqdakı Altona Kruiz Mərkəzində kruiz gəmiləri üçün  2016-cı ildə inşa edilmiş elektrik stansiyasının nümunəsi əsasında yaradılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır