Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Los-Anceles limanının konteyner dövriyyəsi azalıb

 

ABŞ-ın Los-Anceles limanının konteyner dövriyyəsi 2022-ci ilin yanvar-avqust aylarında əvvəlki illə müqayisədə 1,63% azalaraq 7,15 milyon TEU təşkil edib.

“Seanews.az”ın məlumatına görə, avqustda limanın konteyner ötürmə qabiliyyəti 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 15,62% azalaraq 805,31 min TEU olub.

Los-Anceles limanı ABŞ-ın ən böyük yükaşırma müəssisəsidir. 3,5 min hektar sahədə yerləşən limanın tökmə, maye, konteynerləşdirilmiş yüklərin və nəqliyyat vasitələrinin aşırılması üçün 27 yük terminalı var.

2021-ci ildə limanın konteyner dövriyyəsi 10,7 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır