Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-30,
Seanews
Heyder Eliyev

Xəzər dənizinə gedən su yollarında dərinləşdirmə işləri görüləcək

Qazaxıstan 2023-cü ildə Xəzər dənizinə gedən su yollarında dərinləşdirmə işlərinə başlayacaq.

“Seanews.az”ın məlumatına görə, bu, əlavə olaraq balıqların kürütökmə yerlərinə keçməsi üçün əlverişli şərait yaradacaq, həmçinin balıqçı gəmilərinə Xəzər dənizinə maneəsiz çıxış imkanı yaradacaqdır.

Qazaxıstanda 2023-cü ildə Atırau vilayətində gəmiçilik üçün istifadə olunan su yollarında dərinləşdirmə işlərinə başlanacaq. Kazinform xəbər verir ki, bu barədə respublikanın ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Brekeşev məlumat verib.

O bildirib ki, Atırau vilayətində 2018-2020-ci illərdə Jayık və Kiqaş çaylarının sululuğunun artırılması və hidroloji rejiminin yaxşılaşdırılması üzrə layihələr həyata keçirilib. Kanalların ümumi uzunluğu 194 kilometrdir. Qazaxıstanın 2022-ci il büdcəsindən bu işlərə 3 milyard tenge (təxminən 390 milyon rubl) ayrılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır