Türkiyənin “Sidra Line” operatorunun ikinci konteyner gəmisi Novorossiysk-İstanbul xəttində səfərə çıxıb
374 TEU tutumlu ikinci “Keremcan” konteyner gəmisi Türkiyənin “Sidra Line” operatoru tərəfindən açılan Novorossiysk-İstanbul (Ambarlı) marşrutuna buraxılıb.
“Seanews.az” xəbər verir ki, "Novorossiysk Express Service / NVX" adlı xətt (yeddi gün davam edən dairəvi səfər) 2022-ci il dekabrın ortalarında fəaliyyətə başlayıb.
Dekabrın 16-da 361 TEU üçün "Commander" konteyner gəmisi Novorossiyskə ilk səfər edib. Fider xidmətin inkişafı planı yanvarın 13-dən Gebze konteyner limanına daxil olmasını da nəzərdə tutur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

