Honkonq limanının konteyner dövriyyəsi azalıb
Çinin Honkonq limanının 2022-ci il üçün konteyner dövriyyəsi 2021-ci illə müqayisədə 6,9% azalaraq 16,57 milyon TEU təşkil edib.
“Seanews.az”-ın məlumatına görə, limanın ən böyük konteyner terminalı Kvai Sinq vasitəsilə aşırmaların həcmi hesabat dövründə 11,7% azalaraq 12,87 milyon TEU, digər terminallar vasitəsilə isə 15,1% artaraq 3,7 milyon TEU olub.
Honkonq limanı dünyanın ən böyük limanlarından biridir. Limanın buraxılış qabiliyyəti ildə 456 min gəmi təşkil edir. 2019-cu ildə limanın konteyner dövriyyəsi 18,36 milyon TEU təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

