Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Helsinki limanının yük dövriyyəsi 2022-ci ildə əvvəlki ilə nisbətən 5,9% artıb

Finlandiyanın Helsinki limanının yük dövriyyəsi 2022-ci ildə əvvəlki ilə nisbətən 5,9% artaraq 15,18 milyon ton olub.

“Seanews.az”-ın məlumatına görə, qablaşdırılmış yüklərin aşırılması 3,8% artaraq 12,6 milyon tona, toplu yüklərin aşırılması 13,2% artaraq 1,56 milyon tona, digər yüklərin aşırılması 22,3% artaraq 879,5 min tona çatıb.

Limanın konteyner dövriyyəsi 491,8 min TEU təşkil edib ki, bu da  5,4% artım deməkdir.

Liman vasitəsilə daşınan texnikanın sayı isə 5,7% artaraq 702,3 min olub.

Gəmilərin limana daxil olmasının sayı 3,1% artaraq 7419 ədədə çatıb.

Helsinki Finlandiyanın ən böyük limanlarından biridir. Sərnişin axınının 77%-i də Helsinkidən keçir. Hesabat dövründə sərnişinlərin sayında artım 112,7% - 7,95 milyon nəfər təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır