Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Estoniya körfəzdə Rusiya gəmiçiliyini əngəlləmək istəyir

Estoniya hakimiyyəti Finlandiya körfəzində Rusiya gəmiçiliyini əngəlləməyi planlaşdırır.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, ölkə hökuməti nazirliklərə sahilyanı “bitişik zona”nın tətbiqi məsələsində öz mövqelərini işləyib hazırlamağ tapşırıb, onun yaradılması Estoniyaya qanunlarını tətbiq etməyə və daha geniş dəniz zonasında qanunu pozanları saxlamağa imkan verəcək.

“REGNUM”-un məlumatına görə, Tartu Universitetinin Hüquq fakültəsinin müəllimi və Norveç Dəniz Hüququ Mərkəzinin tədqiqatçısı Aleksandr Lott qeyd edib ki, estoniyalılar öz dəniz ərazilərinin hüdudlarından kənarda “pozucuları” mühakimə etmək imkanı istəyirlər.

Hazırda Rusiya bayrağı altında üzən gəmilər Finlandiya və Estoniyanın ərazi suları arasında yerləşən neytral suların ensiz zolağından keçir. Amma Estoniyanın “bitişik zonası” bu keçidi bağlayacaq – estonlar isə onlardan oradan keçən gəmiləri yoxlamağa icazə verilməsini tələb edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır