Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Vyetnamda yük gəmisində yanğın baş verib

Fevralın 5-i axşam saatlarında Vyetnamın Vunq Tau limanının rəhbərliyinə Panama bayrağı altında üzən “AH SHIN” yük gəmisinin Bintuan əyalətinin sularından keçərkən alovlanması barədə məlumat daxil olub. 

“Seanews.az” xəbər verir ki, bundan sonra gəmi yanğının söndürülməsi üçün Baria-Vunqtau dəniz limanına doğru istiqamət götürüb.

Cənubi Koreyadan Sinqapura 4,5 min avtomobil daşıyan gəmidə olan 21 heyət üzvünün hamısının Rusiya vətəndaşı olduğu bildirilir.

Sahibi gəmidəki fövqəladə vəziyyətilə bağlı kömək üçün Vyetnam hakimiyyət orqanlarına müraciət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır