Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Quraqlığın fəsadlarına görə Panama kanalında məhdudiyyətlər qoyulub

Panama kanalının müdiriyyəti quraqlığın fəsadları ilə əlaqədar gəmilərin hərəkətinə məhdudiyyətlər qoyur. 24 maydan kanaldan tranzit keçən iritutumlu gəmilər yüklərinin çəkisini azaltmalı və daha yüksək rüsum ödəməli olacaqlar.

“Bloomberg” xəbər verir ki, kanalın və onu qidalandıran göllərin yaxınlığında fevral-aprel aylarında yağıntının miqdarı normanın 50 faizindən az olub. Qatun gölündəki suyun səviyyəsinin iyul ayına qədər tarixi minimuma çatacağı proqnozlaşdırılır.

"Mayın 24-dən etibarən “NeoPanamax" gəmiləri üçün icazə verilən suyaoturum həddi 13,72 metrdən 13,56 metrə endirilir. Mayın 30-dan isə icazə verilən suyaoturum həddi 13,41 metrə endiriləcək. Daşıma qabiliyyəti 40% azalacaq”, - nəşr yazır.

Suyaoturum üçün norma 15,24 metr hesab olunsa, eyni miqdarda yükün daşınması üçün daha çox konteyner gəmiləri və vaxt tələb olunacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır