Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-15,
Seanews
Heyder Eliyev

Lena çayında iki gəmi toqquşub

Rusiyanın İrkutsk vilayəti ərazisində Lena çayında iki gəmi toqquşub.

APA xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun saytında məlumat verilib.

Məlumatda deyilir ki, bu gün səhər saatlarında İrkutsk vilayətinin Ust-Kut şəhərində Lena çayının 3617,5 kilometrlik hissəsində biri kömür, digəri isə plitələrlə yüklənmiş 2 gəmi toqquşub.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda prokurorluq əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırmaq üçün ərazidə lazımi tədbirlər həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır