Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

landda gəmi qəzası nəticəsində 41 nəfər ö

Tailandda gəmi qəzası nəticəsində 41 nəfər ölüb. Seanews.az  xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə nəticəsində daha 15 nəfər itkin düşmüş sayılır. Pxuket vilayətinin qubernatorunun sözlərinə görə, daha itkin düşmüş şəxslərin 8-nin cəsədi sudan çıxarılıb. Bu arada Tailand polisi Pxuket adası yaxınlığında cümə axşamı aşmış iki turist gəmisinin kapitanına qarşı ittihamlar irəli sürüb. Qeyd edək ki, göyərtəsində təxminən 150 nəfərin olduğu iki turist gəmisi fırtınaya düşərək, Pxuket adası yaxınlığında çevriliblər. Gəmilərdən birində 105 nəfər – 93 sərnişin və 12 heyət üzvü olub. Onlardan yalnız 49 nəfərini xilas etmək mümkün olub. Digər gəmidə isə Çin və Avropa ölkələrinin turistləri olub. Onlar xilas olunaraq sahilə çatdırılıblar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır