Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

min ton ağırlığa malik aysberq kəndə yaxınla

Atlantik okeanının şimalında yerləşən Qrenlandiya adasındakı İnnaarsuiti kəndinə nəhəng aysberqin (11000 ton) yaxınlaşması həyəcana səbəb olub. Yerli mətbuatın yazdığına görə, buz dağı kəndə dünən gecə daha çox yaxınlaşıb. Danimarkanın Ritzau xəbər agentliyinin məlumatında isə bildirilir ki,  artıq kəntdə yaşayan 169 nəfərdən aysberqə daha yaxın olanlar  təxliyyə edilib. Kənd bələdiyyə üzvü Susanne Eliassen yerli Sermitsiaq qəzetinə açıqlamasında çatlar və dəliklərin olduğunu bildirib. “Onların hər an parçalanma ehtimalı var və bu, bizi qorxudur”- deyə, o əlavə edib. Mütəxəssislər isə buzların parçalanmasının özü ilə sunami riski gətirdiyini deyirlər. Xatırladaq ki, ötən il  baş verən zəlzələ nəticəsində Qrenlandiya adasında evlər sular altında qalmış və dörd nəfər ölmüşdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır