Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Shinil Group” gəmidən 130 milyard dollarlıq xəzinə tapması iddiasından geri çək

Cənubi Koreya şirkəti “Shinil Group” 113 il əvvəl Rus-Yapon müharibəsində batan Rusiyaya məxsus “Dmitri Donskoy” gəmisindən 130 milyard dollar məbləğində qızıl aşkarlamaları ilə bağlı ötən həftə ortaya atdığı iddiasından geri çəkilib. “Seanews.az” xəbər verir ki, “Shinil Group”-un ötən gün yeni vəzifəyə təyin edilən prezidenti Çoi Yong-Seok təşkil etdiyi mətbuat konfransında sözügedən məsələyə münasibət bildirib. Çoi şirkətin “130 milyard dəyərində 200 ton qızıl tapması” iddiasını təsdiqlənməmiş və spekulyativ məlumat adlandırıb və buna görə üzr istəyib. Ehtimal edilir ki, xəzinə iddiası şirkətin keçmiş prezidenti Ryu Sang-mi və idarə heyətinin digər üzvləri tərəfindən ortaya atılıb. Məqsəd maliyyə saxtakarlıqlarını maskalamaqdır. Çoi ictimaiyyət arasında gəzən bu məlumatlara açıqlama vermək istəməyib.   Cənubi Koreya Maliyyə Nəzarəti Xidmətinin rəsmi nümayəndəsi deyib ki, hazırda məsələylə bağlı araşdırma aparılır. Mütəxəssislər isə bildirirlər ki,  ağır silahlar, 500 dənizçi və 600 ton kömür daşıyan gəmidə  əlavə olaraq 200 ton qızılın yer alması mümkünsüzdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır