Yaponiya yeni FFM freqatlarının inşası üçün seçimini edib
Yaponiya Müdafiə Nazirliyi yeni “FFM” freqatlarının istehsalı üçün “Mitsubishi Heavy Industries” şirkətini seçib.
Ordu.az xəbər verir ki, subpodratçı olaraq “Japan Marine United” seçilib.
“FFM” termini “Mina” və “Çoxməqsədli” atributlarını ənənəvi “Freqat” ilə birləşdirən Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrində ayrıca gəmilər kateqoriyasını təmsil edir.
Çoxfunksiyalı freqatlar sinfi kimi tanınan “FFM”-lər adi esminesdən daha yığcam olsalar da, yeni imkanlarla təchiz edilib.
“FFM” minaları yerləşdirməyə və təmizləməyə də qadirdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır