Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Visakhapatnam limanında beynəlxalq kruiz terminalı açılıb

Hindistanda Andhra Pradeş şəhərindəki Visakhapatnam limanında beynəlxalq kruiz terminalının təntənəli açılışı olub.

“BRICS TV”-nin verdiyi məlumata görə, terminal Hindistanın şərq sahillərində həm daxili, həm də beynəlxalq kruiz turizmi üçün “əsas qapı” rolunu oynayacaq.

Noyabrdan mart ayına qədər körpüdə turist gəmiləri qəbul ediləcək, qalan aylarda - apreldən oktyabr ayına kimi isə ölkə daxilində yük daşıma əməliyyatları üçün istifadə olunacaq.

Turizm Nazirliyi və Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyi tərəfindən birgə həyata keçirilən layihənin dəyəri 77 milyon rupi və ya 930 min ABŞ dollarından çox olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır