Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

“Royal Vopak” Rotterdamdakı kimyəvi yük terminallarını satır

“Royal Vopak” Rotterdam limanında üç aktivini  - “Botlek”, “TTR” və “Chemiehaven” terminallarını satmaq üçün “Infracapital” şirkəti ilə müqavilə bağlayıb. Bu terminallardakı təhlükəli kimyəvi yük çənlərinin ümumi tutumu 1,4 milyon kubmetrdir.

“Seanews.az” xəbər verir ki, əməliyyatın məbləği 407 milyon avro (demək olar ki, 436 milyon dollar) olacaq. Əməliyyat xərcləri və xalis borc maddələri çıxılmaqla gözlənilən ümumi pul gəlirləri təxminən 368 milyon avro (394 milyon dollar) təşkil edir.

Bu aktivləri satmaq qərarı “Royal Vopak” tərəfindən 2023-cü ilin fevralında biznes strategiyası təhlilinin dərcindən sonra qəbul edilib. Sövdələşmə 2023-cü ilin sonuna qədər tamamlanacaq.

“Royal Vopak” kimyəvi maddələr, sürtkü yağları, qazlar, LNG, bioyanacaq və bitki yağları daxil olmaqla, maye yüklər üçün çənlərin saxlanması xidmətləri üzrə dünyanın ən böyük müstəqil təchizatçısıdır. Şirkətin baş ofisi Rotterdamda (Niderland) yerləşir.

“Infracapital” (“M&G Plc”-nin bölməsi) Niderlandda Avropa infrastruktur investisiyaları və infrastruktur aktivlərinin idarə edilməsi sahəsində 20 ildən artıq təcrübəyə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır