Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Hindistanın donanması üçün 68 döyüş və yardımçı gəmi tikilir

Hindistan Hərbi Dəniz Qüvvələrində gəmi və sualtı qayıqların sayı 2035-ci ilə qədər 175-ə çatdırılacaq.

TASS bu barədə “The Times of India” qəzetinə istinadən xəbər verir.

“Məqsədimiz Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin artan təhlükəsinə cavab olaraq Hindistanın Hind okeanında və ondan kənarda geostrateji maraqlarını qorumaq üçün 2035-ci ilə qədər minimum 175 gəmi və sualtı qayığa sahib olmaqdır”, - nəşrin həmsöhbətləri bildiriblər.

Güclü okean donanması qurmaq istəyinə uyğun olaraq hazırda Hindistanda 68 döyüş gəmisi və yardımçı gəmi tikilir.

Əvvəllər xəbər verildiyi kimi, Hindistan gəmiqayırma zavodlarında yeni təyyarədaşıyan gəmi inşa etməyi planlaşdırır.

Hindistanın öz layihəsi və istehsalı olan ilk təyyarədaşıyan gəmisi "Vikrant" ötən ilin sentyabrında rəsmi olaraq ölkənin hərbi dəniz qüvvələrinin tərkibinə qəbul edilib.

Həmçinin, Hindistan Hərbi Dəniz Qüvvələrində hazırda “Vikramaditya” (əvvəllər Rusiyanın təyyarə daşıyan kreyseri “Admiral Qorşkov”) təyyarədaşıyanı var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır