Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” infrastruktur holdinqi yaradır

“Hapag-Lloyd AG” şirkətin infrastrukturunu və terminal aktivlərini birləşdirəcək holdinq – “Hapag-Lloyd Terminal Holdinq” yaradır. Şirkətin ofisi Rotterdamda yerləşəcək.

"Seanews.az" xəbər verir ki, Dirac Bhatiya 2024-cü il yanvarın 1-dən “Hapag-Lloyd AG”-nin icraçı şurasına daxil olacaq “Hapag-Lloyd Terminal Holding”-in baş direktoru təyin edilib.

“D. Bhatiya konteyner daşımaları sahəsində 20 illik təcrübəyə malikdir. Bu müddət ərzində o, beynəlxalq şirkətlərdə, o cümlədən “Norasia Container Lines Limited” və “CSAV” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən “Hapag-Lloyd”-da çıxış edir. Şirkətin Hindistandakı ofisinə rəhbərlik edib. 2018-ci ildən “Hapag-Lloyd”un Yaxın Şərqdəki işinə rəhbərlik edir. Eyni zamanda o, “Hapag-Lloyd” şirkətinin icraçı şurasının üzvü seçilib”, – şirkətin press-relizində deyilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır