Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

ilin ilk altı ayında piratlar 35 dənizçi qaçırı

Cari ilin ilk altı ayında Nigeriyalı dəniz quldurları tərəfindən Qana körfəzində gəmilərə edilən hücumlar nəticəsində 35 dənizçi qaçırılıb. “Senews.az” xəbər verir ki, bu barədə İngiltərənin təhlükəsizlik şirkəti “EOS Risk Group” məlumat yayıb.  “EOS Risk Group”-dan bildiriblər ki, bu ildən hücumlar Nigeriya sahilləri ilə yanaşı, qonşu ölkələr Qana və Benini də əhatə etməyə başlayıb.  Belə ki, altı illik fasilədən sonra Benində bu il pirat hücumu baş verib və  ilin ilk altı ayında yeddi belə hadisə qeydə alınıb.  Qanada isə aprel ayında iki dəniz qulduru hücumu olub, nəticədə beş dənizçi qaçırılıb. Qeyd edək ki, Nigeriya piratlarla mübarizəyə qarşı müxtəlif üsullara əl atır. Son olaraq hökumət “Homeland Services” ilə anlaşma imzalamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır