Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

dörd kruiz gəmisi yeni və fərqli dizaynda xidmət göstərə

“Oceania Cruises” şirkətinə məxsus “Regatta”, “İnsignia”, “Sirena” və “Nautuca” gəmilərinin restoranları, salonları və barları yeni dizaynda qurulacaq. “Seanews.az” xəbər verir ki, şirkət bu dörd kruiz gəmisinin modernləşdirilməsi üçün 100 milyon dollar vəsait ayırıb.  “İnsignia” bu ilin dekabrında, “Sirena” və “Regetta” 2019-cu ildə, “Nautica” isə 2020-ci ildə təhvil veriləcək. Sözügedən gəmilər 1980-ci il istehsalıdır. 12 min oturacaq və masa, 8 min yeni işıqlandırma qurğusu, 1328 yataq və salon dəsti ilə kruiz gəmiləri müştərilərinə daha yaxşı xidmət göstərməyi planlaşdırır. Lüks otaqlara xüsusi hazırlanmış mebellər, ekzotik daşlar və taxta səthlər fərqlilik gətirəcək. Hər bir otaq marşrut və hava məlumatları barədə yenilikləri göstərmək üçün ən son texnoloji xüsusiyyətləri özündə əks etdirən televizorla təmin ediləcək.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır