Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“HHLA” şirkətinin icraçı və müşahidə şuraları “MSC” xətti gəmiçilik şirkəti ilə birləşmə təklifini bəyənib

Almaniyanın “Hamburger Hafen und Logistik AG” (“HHLA”) şirkətinin icraçı və müşahidə şuraları MSC” xətti gəmiçilik şirkəti ilə birləşmə təklifini bəyənib.

“Seanews.az” xəbər verir ki, bu barədə “HHLA”-nın mətbuat xidməti məlumat yayıb. Hər iki şura səhmdarlara “MSC”-nin təklifini qəbul etməyi, A sinifli hər səhmə görə 16,75 avro qiymətin “HHLA”-nın maraqlarına uyğun olduğunu nəzərə almağı tövsiyyə edib.

“MSC” arasında aparılan danışıqlardan sonra Hamburq şəhəri və “HHLA” arasında Biznes Birləşməsi Sazişindən (BCA) əvvəl ilkin çərçivə sazişi imzalanıb. Uzunmüddətli perspektivdə “HHLA” və onun biznes modelinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsas aspektlər üzrə razılaşmalar əldə edilmişdir. Növbəti həftələrdə BCA-nın hələ yekunlaşdırılmamış ayrı-ayrı elementləri müzakirə ediləcək.

Eyni zamanda, əməliyyatın bağlanması üçün Avropa tənzimləyici orqanlarından müəyyən icazələrin alınması və Hamburq şəhərinin parlamentinin təsdiqi tələb olunur.

Xatırladaq ki, “MSC”-nin logistika operatoru “HHLA”-nı almaq planları bu ilin sentyabrında məlum olub. Eyni zamanda alman şirkətinin əməkdaşları da sövdələşməyə qarşı çıxıblar. Etiraz zamanı bildiriblər ki, şirkət dövlətə məxsus olaraq qalmalıdır, səhmlər satılsa, şərtlər və maaşlar dəyişə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır